Data science harada və necə istifadə olunur?

Əvvəlki postlarda Data science-in istifadə yerləri ilə bağlı bəzi qeydlər eləmiş olsam da bu dəfə çox daha detallı bir məlumat paylaşmağa çalışıram. Əgər data science-in istifadə yerləri ilə bağlı suallarınız, qaranlıq qalan məqamlar varsa bu postda həmin məsələlərə aydınlıq gətirə biləcəyimə ümid edirəm.

Başlamamışdan əvvəl: çox yerdə burada yazdıqlarımı "use case" ([yuz keys]) adlandırırlar. Hərfi tərcümədə "istifadə halı" kimi səslənir, belə "tətbiq yeri" mənasında işlədilir. Amma Data science ilə bağlı bu termini xoşlamıram, bu daha çox İT-dən, xüsusən də proqram təminatı sahəsindən gələn bir termindir və onu bir qədər məhdud termin hesab edirəm, ona görə "Data science use cases" ([data sayens yuz kases]) əvəzinə "Data science applications" ([data sayens əplikeyşns]) - Data science-in tətbiq yerləri terminini istifadə edəcəm. Bu şəxsi seçimdir, hansı sözü istifadə edəcəyiniz sizə bağlıdır.

Data science həyatımızın demək olar hər bir sahəsində istifadə oluna bilər. Əgər çox ümumi oldusa gəlin bir sıra sahələri və tətbiq mexanizmini sadalayım. Gündəlik həyatımızda fikir vemədən istifadə etdiklərimizi birinci yazacam. Hazır olun, siyahı uzundur :)

  1. Hər bir insana uyğun avadanlıq ayarları (settings) və reklamlar - demək olar ki, hamımızda smartfon və kompüter var. Android və iOS, eyni zamanda Windows avtomatik olaraq sizin haqqınızda informasiya toplayır (hətta bəzən siz bunu söndürəndə belə məlumat toplandığı iddia edilir ekspertlər tərəfindən). Son dövrlərdə bir sıra insanlar müxtəlif fitnes qolbaqlar və smart saatlar da istifadə edirlər və bu məlumatlar da toplanır. Əgər ödəniş vasitələriniz (plastik kartlarınız) də telefonda və ya hardasa qeydiyyata düşübsə bu lap göydəndüşmədir. Bu məlumatlar əsasında siz analiz olunursunuz. Məsələn, günün hansı saatlarında daha çox ekrana baxdınız, telefonla danışdınız, mesaj göndərdiniz, Whatsapp istifadə elədiniz, harada vaxt keçirdiniz, hansı elanlara baxdınız, veb-səhifədə hansı şəklin üzərində daha çox durdunuz, hansına az baxdınız və s. Bunun əsasında sizə təxminən aşağıdakı məzmunda müxtəlif təkliflər və reklamlar göstərilir. Çaşıb soyuqdəymə ilə bağlı nəsə məqalə oxuyursunuz, o dəq gəlir: Bəlkə sizə Coldrex Hotrem çatdıraq? Çaşıb mənimlə təsadüfən bir məkanda olursunuz, deyək eyni yerdə bir-birinizi tanımadan kofe işmişik, o dəq gəlir: Kamil ilə dost olmaq istərdinmi? Hansısa fast-fud restoranın yanında bir az durursunuz, reklan görünür: Xoşladığınız burger artıq 2-qat ucuz qiymətə! Fitnes qolbaq bir balaca ürək döyüntülərinizin çox olduğunu qeydə alır, reklam belə olur: A klinikasında ürək exokardioqrafiyasına kampaniya var, dəvət edirik! Elektron bilet alırınınız: Deyəsən səyahəti xoşlayırsınız, elə isə Romaya bilet filan qiymətə. Bəzən də evinizə promo (reklam xarakterli) məhsullar hədiyyə gəlir. ÖZü də bu reklamlar girib baxdığınız reklamlar deyil, siz hansısa app açanda qarşınıza çıxan reklamlardır, siz axtarmadan sizi tapan. Qorxulu görünür? Bu əsl reallıqdır. Bizdə hələ çox inkişaf eləməsə də texnoloji dövlətlərdə bu gündəlik həyatdır tərzidir. Bu arada, Azərbaycanda da inkişaf etdirə bilərik, ən azında faydalı məqsədlərlə, sağlamlıq problemi olanları monitorinq eləmək, gündəlik yolunuza uyğun sizə ən optimal marşrut təklif etmək və s məqsədlərlə.

0 Comments
Leave a Comment

Kolmogorov-Smirnov test in python

Kamil Alasgarov

Data science üçün python yüklənməsi

Kamil Alasgarov

Data scientist olmaq üçün haradan başlayaq 2: detallı mənbələr

Kamil Alasgarov

Data Science nədir?

Kamil Alasgarov